Türkiyə milli komandasının müdafiəçisi “Yuventus”a transfer olunub

6 İyul 2019 13:56

Xəbər 498 dəfə oxunub

Futbol üzrə Türkiyə milli komandasının müdafiəçisi Merih Demiral İtaliyanın “Yuventus” klubuna transfer olunub.Azərtac xəbər verir ki, Turin təmsilçisi 21 yaşlı müdafiəçi ilə beş illik müqavilə imzalayıb. “Yuventus” bu transfer üçün M.Demiralın məxsus olduğu “Sassuolo” klubuna 18 milyon avro ödəyib.Qeyd edək ki, türkiyəli müdafiəçi İtaliya çempionatında keçirdiyi 14 oyunda iki dəfə fərqlənib.xeber100.com