Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsi çərçivəsində iyulun 7-də sonuncu – 11-ci turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sonuncu turda çinli Dinq Liren ilə üz-üzə gələcək. Turun digər oyunlarında rusiyalı Sergey Karyakin amerikalı Fabiano Karuana, norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşe-Laqrav, amerikalı Hikaru Nakamura sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand, rusiyalı Yan Nepomnyaşi hollandiyalı Aniş Giri, Amerikalı Uesli So ermənistanlı Levon Aronyan ilə qarşılaşacaqlar.On turdan sonra şahmatçımızın aktivində 4 xal var. M.Karlsen 7 xalla liderliyini davam etdirir. U.So 6,5, F.Karuana, L.Aronyan, Y.Nepomnyaşi 5,5, D.Liren 5, S.Karyakin, M.Vaşe Laqrav, A.Giri 4,5, V.Anand 4, H.Nakamura 3 xal toplayıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…