Budapeştdə start götürən cüdo üzrə Qran-Pri turnirində…

13 İyul 2019 14:08

Xəbər 487 dəfə oxunub

İyulun 12-də Budapeştdə start götürən cüdo üzrə Qran-Pri turniri davam edir.Azərtac xəbər verir ki, yarışların ikinci günü daha iki cüdoçumuz mübarizəyə başlayır. Komandamızın üzvü Telman Vəliyev (73 kq) portuqaliyalı Nuna Saraivo, Araş Ağayi (81 kq) argentinalı idmançı Luçenti Emmanuel Luçenti ilə mübarizə aparacaq. Qeyd edək ki, Qran-Pri turnirinin birinci günündə 7 cüdoçumuz mübarizə aparıb. Komandamızın aktivində hələlik medal yoxdur.xeber100.com