“Grand Prix 2019” seriyasının final oyunları keçiriləcək

15 İyul 2019 17:40

Xəbər 443 dəfə oxunub

İyulun 15-də Riqada FIDE-nin və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində dörddəbir final oyunları keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı qrossmeyster Şəhriyar Məmmədyarovun dörddəbir finaldakı rəqibi polşalı Kriştof Duda olacaq. Şahmatçımız səkkizdəbir finalda rusiyalı Daniel Dubovu məğlub edib.Dörddəbir finalın digər oyunlarında Sergey Karyakin (Rusiya) Uesli So (ABŞ), Aleksandr Qrişuk (Rusiya) Yu Yanqi (Çin), Maksim Vaşe-Laqrav (Fransa) Veselin Topalov (Bolqarıstan) ilə qarşılaşacaqlar.Qran-Prinin nəticələrinə əsasən ən çox xal toplayacaq iki şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə edəcək.xeber100.com