2015/2016-cı il mövsümünün qalibləri mükafatlandırılıb

28 İyun 2016 20:27

Xəbər 1240 dəfə oxunub

Bayıl stadionunda AFFA-nın təşkil etdiyi futbol üzrə U-19 qızlar Liqasının 2015/2016-cı il mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Azərtac xəbər verir ki, U-19 qızlar Liqasının qalibi “Təhsil” komandası olub. İkinci yeri “Fidan”, üçüncü pilləni isə “Vətən” komandası tutub. Liqanın ən yaxşı futbolçusu Fəridə Məmmədova (“Vətən”) seçilib, bombardir isə “Fidan” komandasının üzvü Nigar Cəlilli olub. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, futbol veteranı Rüstəm Rəhimov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai və müğənni Samirə Allahverdiyeva təqdim ediblər.xeber100.com