XV Avropa Gənclər Olimpiya Festivalının ikinci günündə…

25 İyul 2019 13:58

Xəbər 509 dəfə oxunub

İyulun 25-də XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının ikinci günündə Azərbaycan idmançıları inamlı çıxışlarını davam etdirirlər.Azərtac xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların ikinci günündə Azərbaycan təmsilçisi Aytac Qardaşxanlı (57 kq) onaltıdabir finalda Finlandiya təmsilçisi Erika Vauhkoneni məğlub edib – 10:0. Qadın cüdoçumuz səkkizdəbir finalda Böyük Britaniya təmsilçisi İzobel Kitçenə ipponla qalib gələrək dörddəbir finala vəsiqə qazanıb.Oğlanların mübarizəsində isə səkkizdəbir finalda Mətin Rzazadə (66 kq) Elquca Şinçaraşviliyə (Gürcüstan) ipponla qalib gəlib. Növbəti mərhələdə onun rəqibi rusiyalı Sayxan Şabixanovdur.Komandamızın bayraqdarı Vüqar Talıbov (73 kq) isə səkkizdəbir finalda Belarus idmançısı Dzianis Yauseyenkanı ipponla məğlub edib. Dörddəbir finalda onun rəqibi çexiyalı Adam Kopeçki olacaq.xeber100.com