XV Avropa Gənclər Yay Olimpiya Festivalının altıncı günündə…

26 İyul 2019 14:12

Xəbər 564 dəfə oxunub

XV Avropa Gənclər Yay Olimpiya Festivalının basketbol yarışları davam edir.Azərtac xəbər verir ki, festivalın altıncı günündə kişi və qadın basketbolçular 5-8-ci yerlər uğrunda və yarımfinalda mübarizə aparacaqlar.İlk olaraq qadınların mübarizəsində 5-8-ci yerlər uğrunda görüşdə Belçika-Türkiyə, yarımfinal mərhələsində isə Rusiya-Macarıstan oyunu keçirilir. Daha sonra 5-8-ci yerlər uğrunda görüşdə Polşa-İtaliya, finala vəsiqə uğrunda qarşılaşmada isə Çexiya-Fransa görüşü təşkil olunacaq.Kişilərin yarışında 5-8-ci yerlər uğrunda görüşdə Azərbaycan millisi Yunanıstan, Litva yığması ilə Xorvatiya ilə qarşılaşacaq. Finala vəsiqə uğrunda isə İspaniya-Fransa və Serbiya-Türkiyə matçları oynanılacaq.xeber100.com