“Grand Chess Tour 2019” seriyasının üçüncü mərhələsində

29 İyul 2019 13:04

Xəbər 747 dəfə oxunub

İyulun 29-da Parisdə “Grand Chess Tour 2019” seriyasının üçüncü mərhələsinin rapid yarışlarının son üç turu keçiriləcək.Azərtac  xəbər verir ki, ölkəmizi nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov yeddinci turda hindistanlı Vişvanatan Anand, səkkizinci turda amerikalı Fabiano Karuana, növbəti turda isə rusiyalı Daniil Dubovla qarşılaşacaq.Qeyd edək ki, altı turun nəticəsinə görə, şahmatçımızın aktivində 5 xal var. Fransalı Maksim Vaşe-Laqrav 9 xalla turnir cədvəlinin lideridir.xeber100.com