İyulun 30-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində cavab görüşləri keçiriləcək.Azərtac xəbər verir ki, qarşılaşmalar iki gün ərzində oynanılacaq. İyulun 30-da 7, bir gün sonra isə 5 görüş təşkil olunacaq. İkinci təsnifat mərhələsinin birinci günündə aşağıdakı görüşlər oynanılacaq:
“APOEL” (Kipr) – “Sutyeska (Monteneqro), ilk oyun – 1:0;
“Kalyu” (Estoniya) – Seltik (Şotlandiya), ilk oyun – 0:5;
“Təl-Əviv” (İsrail) – “CFR Cluj” (Rumıniya), ilk oyun – 0:1;
“Bazel” (İsveçrə) – “PSV Eyndhoven” (Hollandiya), ilk oyun – 2:3;
“Dinamo Zaqreb” (Xorvatiya) – “Saburtalo” (Gürcüstan), ilk oyun – 2:0;
“Valletta” (Malta) – “Ferentsvaroş” (Macarıstan), ilk oyun – 1:3;
“Olimpiakos (Yunanıstan) – “Plzen” (Çexiya), ilk oyun – 0:0.
Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu ikinci təsnifat mərhələsində cavab qarşılaşmasını iyulun 31-də keçirəcək. Birinci oyunda səfərdə İrlandiyanın “Dandulk” komandası ilə 1:1 hesablı heç-heçə edən ağdamlılar rəqibi “Dalğa Arena”da qəbul edəcəklər. Növbəti mərhələyə vəsiqə üçün ağdamlılara qolsuz heç-heçə də kifayət edir.
İyulun 31-də oynanılacaq digər cavab qarşılaşmaları aşağıdakılardır:
“HYK” (Finlandiya) – “Srvena Zvezda” (Serbiya), ilk oyun – 0:2;
“AIK” (İsveç) – “Maribor” (Sloveniya), ilk oyun – 1:2;
“Rusenborq” (Norveç) – “BATE” (Belarus), ilk oyun –1:2;
“Kopenhagen” (Danimarka) – “TNS” (Uels), ilk oyun – 2:0.
Qeyd edək ki, “Qarabağ” komandası qələbə qazanacağı təqdirdə üçüncü təsnifat mərhələsində “Sutyeska” – “APOEL” qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…