Güləşçilər arasında dünya çempionatı davam edir

30 İyul 2019 15:26

Xəbər 561 dəfə oxunub

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, ikinci yarış günündə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparırlar.Çempionatda 45 kiloqram çəki dərəcəsində çıxış edən Murad Haqverdiyev dünya birinciliyinə inamlı qələbə ilə başlayıb. Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qalibi ilk görüşdə Gürcüstan idmançısına vaxtından əvvəl qalib gəlib. Rusiyalı rəqibi üzərində də əzmkar qələbə qazanan M.Haqverdiyev adını yarımfinala yazdırıb.Riad Aslanov (51 kq) üçün debüt uğursuz alınıb. Həmyerlimiz iranlı rəqibinə uduzub.Güləşçimiz Fərhad Kərimli (60 kq) ilk görüşdə çətinlik çəkmədən makedoniyalı həmkarını üstələyib. Həmyerlimiz 1/4 finalda amerikalı idmançını da məğlub edərək yarımfinala yüksəlib.Məhəmmədəli Əliyev (71 kq) təsnifat mərhələsində Hindistan güləşçisi ilə bacarmayıb.xeber100.com