Azərbaycan millisinin növbəti oyunlarının başlama vaxtı müəyyənləşib

30 İyul 2019 19:28

Xəbər 591 dəfə oxunub

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirəcəyi iki oyunun başlama vaxtı müəyyənləşib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, sentyabrın 6-da Slovakiya, dörd gün sonra isə Gürcüstan yığmaları ilə keçiriləcək qarşılaşmaların startı saat 20:30-da veriləcək.Hər iki matç “Dalğa Arena”da oynanılacaq.xeber100.com