“Real Madrid” futbol klubu İspaniya La Liqasının ilk turunda

30 İyul 2019 19:30

Xəbər 846 dəfə oxunub

İspaniyanın “Real Madrid” futbol klubunun qapıçısı Tibo Kurtua zədələnib.Azərtac klubun saytına istinadla xəbər verir ki, 27 yaşlı belçikalı qapıçının 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. O, avqustun 17-də İspaniya La Liqasının ilk turunda “Selta” ilə keçiriləcək oyunu buraxıla bilər.Qeyd edək ki, “Real”da bir müddət əvvəl Marko Asensio, Ferlan Mendi və Luka Yoviç də zədələnib.xeber100.com