Şimali Amerika Baş Futbol Liqasının yoldaşlıq matçında

1 Avqust 2019 11:18

Xəbər 557 dəfə oxunub

İspaniyanın “Atletiko” klubu Şimali Amerika Baş Futbol Liqasının (MLS) ulduzlarından ibarət komandanı yoldaşlıq matçında məğlub edib. Görüş Orlandoda (ABŞ) keçirilib.Azərtac xəbər verir ki, matç 3:0 hesabı ilə başa çatıb. Qalib komanda tərəfindən qolları Markos Lyorente (42-cü dəqiqə), Joau Feliş (85-ci dəqiqə) və Diyeqo Kosta (90+3) vurublar.MLS yığmasının heyətində Avropada çıxışları ilə məşhur olan meksikalı Kristian Vela və Conatan dos Santos, isveç Zlatan İbrahimoviç, ingilis Ueyn Runi, portuqal Nani və alman Bastian Şvaynştayger oynayıblar.MLS ulduzlarının Avropa komandalarına qarşı nümunəvi matçları 2005-ci ildən keçirilir. Birinci rəqib İngiltərənin “Fulhem” klubu olub. Onda Şimali Amerika Liqası 4:1 hesabı ilə qalib gəlmişdi. Avropa klubları MLS ulduzlarından ibarət komanda ilə qələbələrin sayı üzrə hesabı bərabərləşdiriblər. İndi onların hər biri 7 qələbə qazanıb.xeber100.com