Futbol üzrə “Afrika Millətlər Kuboku – 2019”

4 Avqust 2019 15:44

Xəbər 622 dəfə oxunub

Futbol üzrə “Afrika Millətlər Kuboku – 2019”un ən yaxşı oyunçusu, əlcəzairli yarımmüdafiəçi İsmael Bennaser “Əmpoli” klubundan “Milan”a transfer olub.Azərtac yerli KİV-ə istinadla xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi İsmael Bennaserla beş il müddətinə müqavilə bağlanıb. “Milan” “Əmpoli”yə əlcəzairli oyunçuya görə 17 milyon avro ödəyəcək.İsmael Bennaser ötən mövsüm “Empoli”nin heyətində 38 oyunda meydana çıxıb.xeber100.com