Londonun “Arsenal” klubunun braziliyalı müdafiəçi David Luisin transferi məsələsində “Çelsi” ilə 8 milyon funt sterlinq qarşılığında razılığa gəldiyi bildirilir.Azərtac BBC-yə istinadla xəbər verir ki, 32 yaşlı futbolçu ilə iki illik müqavilənin imzalanması nəzərdə tutulur. Cari ilin mayında “Çelsi” ilə iki illik müqavilə imzalayan futbolçunun bu gün tibbi müayinədən keçməsi planlaşdırılır.David Luis “Çelsi”nin heyətində keçirdiyi altı ilyarım müddətdə Premyer Liqada meydana çıxdığı 160 oyunda 11 qol vurub. O, 2011-ci ilin yanvarında 21 milyon funt sterlinqə “Benfika”dan London təmsilçisinə keçid edib. 2014-cü ilin iyununda 40 milyon funt sterlinqə “Paris Sen-Jermen”ə transfer olunan müdafiəçi iki ildən sonra 34 milyon funt sterlinq müqabilində yenidən “Çelsi”yə qayıdıb.İki gün əvvəl “Arsenal” klubu müdafiəçi Lorent Koşielnini 5 milyon avroya “Bordo” klubuna satıb. Klub rəhbərliyi “Seltik”in sol cinah müdafiəçisi Kieran Tierninin 25 milyon funt sterlinq müqabilində transferi ilə bağlı da danışıqlar aparır.On səkkiz yaşı tamam olmamış əcnəbi futbolçularla müqavilə imzaladığı üçün “Çelsi” klubu 2020-ci ilin yanvarına qədər transfer qadağası ilə cəzalandırılıb.Xatırladaq ki, “Arsenal” və “Çelsi” klubları mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında üz-üzə gəliblər. Görüş “Çelsi”nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…