Azərbaycan Premyer Liqasının birinci turunda

9 Avqust 2019 11:56

Xəbər 625 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turunda oynanılacaq qarşılaşmaların vaxtı açıqlanıb.Azərtac xəbər verir ki, 2019-2020-ci il mövsümünün birinci turunun görüşləri dörd günü əhatə edəcək. Tura avqustun 16-da “Keşlə” – “Qarabağ” oyunu ilə start veriləcək. Saat 19:00-da başlayacaq qarşılaşma “Dalğa Arena”da təşkil olunacaq.Avqustun 17-də “Qəbələ” klubu “Sumqayıt” komandasını qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 19:00-da başlayacaq. Avqustun 18-də “ASC Arena”da “Səbail” – “Zirə” görüşü keçiriləcək. Oyun saat 20:00-da start götürəcək. Turun sonuncu oyunu “Neftçi” və “Sabah” klubları arasında oynanılacaq. “Bakcell Arena”da təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.Turun bütün görüşləri “CBC Sport” televiziyası ilə birbaşa yayımlanacaq.xeber100.com