İngiltərə Premyer Liqasında 2019-2020-ci il mövsümünə start verilib

9 Avqust 2019 12:36

Xəbər 1058 dəfə oxunub

Avqustun 9-da İngiltərə Premyer Liqasında 2019-2020-ci il mövsümünə start verilir.Azərtac xəbər verir ki, mövsümün ilk qarşılaşması “Liverpul” – “Norviç” klubları arasında keçiriləcək. “Anfild” stadionunda baş tutacaq açılış görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Tur üç günü əhatə edəcək. Son çempion “Mançester Siti” avqustun 10-da mübarizəyə başlayacaq. Pep Qvardiolanın yetirmələri səfərdə “Vest Ham” klubu ilə üz-üzə gələcəklər.İngiltərə Premyer Liqasında çempionluq uğrunda 20 komanda mübarizə aparacaq. Üç komanda ikinci diviziondan Premyer Liqaya yüksəlib, bunlar “Norviç”, “Aston Villa” və “Şeffild Yunayted” klublarıdır. Çempionata 2020-ci il mayın 17-də yekun vurulacaq.Turun bütün görüşləri aşağıdakılardı:

Avqustun 10-da:

“Borneumouth”-“Şeffild Yunayted”;

“Börnli”-“Southemton”;

“Kristal Palas”-“Everton”;

“Vatford”-“Brayton Albion”;

“Tottenhem”-“Aston Villa”.

Avqustun 11-də:

“Lester Siti”-“Volverhemton”;

“Nyukasl”-“Arsenal”;

“Mançester Yunayted”-“Çelsi”.xeber100.com