“Atletik” klubunun futbolçusu tarixi müqaviləyə imza atıb

13 Avqust 2019 14:29

Xəbər 619 dəfə oxunub

5 mövsümdü “Atletik”də çıxış edən İnaki Uilyams tarixi müqaviləyə imza atıb.Milli.az xəbər verir ki, 25 yaşlı forvard La Liqa təmsilçisi ilə 9 illik müqavilə imzalayıb. Bu anlaşmaya əsasən o, 2028-c ilədək Bilbao klubunun formasını geyinəcək. İnaki Uilyamsın transfer qiyməti 135 milyon avro müəyyənləşdirilib.Qeyd edək ki, Qana əsilli ispaniyalı futbolçu ötən mövsüm oynadığı 45 rəsmi matçda 15 qol vurub və 4 məhsuldar ötürmə verib. O, İspaniyanın A millisində və Bask yığmasında bir oyun keçirib.xeber100.com