“Keşlə” futbol klubu növbəti transferini həyata keçirib

14 Avqust 2019 08:42

Xəbər 660 dəfə oxunub

“Keşlə” klubu növbəti futbolçu transferi həyata keçirib.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi “Qarabağ” klubunun sabiq futbolçusu Əfran İsmayılov ilə birillik müqavilə imzalayıb. “Qarabağ”ın yetirməsi olan 31 yaşlı yarımmüdafiəçinin son komandası “Sumqayıt” olub.xeber100.com