“Baku Оpen 2019” beynəlxalq şahmat festivalı keçiriləcək

19 Avqust 2019 13:38

Xəbər 687 dəfə oxunub

Sentyabrın 20-dən 28-dək “Baku Оpen 2019” beynəlxalq şahmat festivalı keçiriləcək.Azərbaycan Şahmat Federasiyasından Azərtac-a verilən məlumata görə, festival Novxanı qəsəbəsində yerləşən “Spring” oteldə baş tutacaq.Festivalın uşaq turniri isə Respublika Şahmat Mərkəzində keçiriləcək.Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.xeber100.com