Futbol üzrə Türkiyə Superliqasının ikinci turuna yekun vurulub

27 Avqust 2019 12:19

Xəbər 568 dəfə oxunub

Avqustun 26-da futbol üzrə Türkiyə Superliqasının ikinci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun sonuncu oyununda “Qazişəhər Qaziantep” öz meydanında “Gənclərbirliyi” komandası ilə qarşılaşıb. “Qaziantep” stadionunda keçirilən görüşdə meydan sahibləri qonaq komandanı darmadağın ediblər.Matçda hesabı 32-ci dəqiqədə “Qazişəhər Qaziantep” komandasının hücumçusu Olarenvaju Kayode açıb. Cəmi səkkiz dəqiqə sonra O.Kayode dublunu rəsmiləşdirib. Meydan sahibləri 56-cı dəqiqədə Güray Vuralın qolu ilə rəqiblərini növbəti dəfə mərkəzdən başlamağa məcbur ediblər. “Gənclərbirliyi” 69-cu dəqiqədə Berat Özdəmirin vurduğu qolla hesab arasındakı fərqi azaldıb. Qarşılaşmada sonuncu qolu qazianteplilərin futbolçusu Oğuz Ceylan 72-ci dəqiqədə vurub. Beləliklə, “Qazişəhər Qaziantep” görüşdə rəqibini 4:1 hesabı ilə məğlub edib.İki turdan sonra Türkiyə çempionatında “Fənərbağça” komandası altı xalla liderdir.xeber100.com