Azərbaycan Premyer Liqasının üçüncü turuna start verilib

31 Avqust 2019 21:14

Xəbər 530 dəfə oxunub

Avqustun 31-də futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turuna start verilib.Azərtac xəbər verir ki, turun açılış görüşü Qəbələ şəhər stadionunda baş tutub. “Keşlə” klubu “Qəbələ”nin qonağı olub.Görüş paytaxt təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.”Keşlə” klubunun heyətində Slavik Alxasov (10), Tural Bayramlı (39) və Lorenzo Frutos (45, 90) fərqləniblər.Bu qələbədən sonra “Keşlə” xalların sayını altıya çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Qəbələ”nin isə hesabında xal yoxdur.xeber100.com