Avqustun 31-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, üç gün davam edən turnirin ilk 2 günü fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında çoxnövçülükdə mübarizə apararaq, öz aralarında çempionları müəyyənləşdiriblər. Balacalar kateqoriyasında Gövhər İbrahimova (2009-cu il), Təzəgül Yaqubova (2010-cu il), Azadə Atakişiyeva (2011-ci il), yeniyetmələr arasında Kamilla Seyidzadə, gənclərin yarışında Alina Gözəlova, böyüklər arasında isə Zöhrə Ağamirova çempion adını qazanıblar.Turnirin sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə böyük və gənc gimnastlar arasında final yarışları təşkil olunub. Nigar Usubova gürzlər və lent ilə çıxışlarına görə gənclər kateqoriyasında birinciliyi əldə edib. İp ilə final mərhələsində Lalə Qebəybəyova, top ilə finalda isə Alina Gözəlova bütün rəqiblərini geridə qoyaraq çempion olublar. Böyüklərin mübarizəsində isə həm lent, həm də topla çıxışına görə birincilik yenidən Zöhrə Ağamirovanın payına düşüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…