Bu gün Azərbaycan Premyer Liqasının üçüncü turuna yekun vurulacaq.Azərtac xəbər verir ki, Premyer Liqanın üçün turu sentyabrın 1-də keçiriləcək iki oyunla başa çatacaq.İlk oyunda paytaxt təmsilçisi “Neftçi” “Bakcell Arena”da “Sumqayıt” klubunu qəbul edəcək. Hazırda “flaqman” 1 xalla 7-ci, “gənclik şəhəri” təmsilçisi isə 3 xalla 5-ci pillədə qərarlaşıb. Meydan sahibləri qalib gələrsə 5-ci, qonaqlar qələbə qazanarsa ən azı 4-cü pilləyə yüksələcək.Bu, iki komanda arasında 29-cu qarşılaşma olacaq. Əvvəlki görüşlərin 14-dən “Neftçi”, 10-dan “Sumqayıt” qalib ayrılıb, 4 oyun isə heç-heçə ilə yekunlaşıb. Paytaxt komandası topların nisbətində də öndədir – 45:34. Son beş görüşdə meydan sahibi “Neftçi” qalib gələ bilməyib. Bu il keçirilən matçlarda hər iki komanda qol vurub.Günün ikinci – sonuncu görüşü “ASCO Arena”da “Səbail” və “Qarabağ” komandaları arasında keçiriləcək. Hazırda klubların hər birinin 6 xalı var və “Keşlə” ilə birgə ilk 3 yeri bölüşürlər. Lakin istənilən hesablı nəticə şərikli liderlərin sayının azalmasına səbəb olacaq.İki klub arasında indiyədək keçirilmiş 8 oyunun yalnız birində “Səbail” qələbə qazanıb ki, bu da texniki nəticə kimi tarixə düşüb. Qalan matçlardan isə “Qarabağ” qələbə ilə ayrılıb. Bu komandaların qarşılaşmalarında heç-heçə qeydə alınmayıb. “Səbail” öz meydanında keçirdiyi bütün oyunlarda məğlub olub. Topların nisbətində isə Ağdam komandası öndədir – 13:1.Xatırladaq ki, turun ilk oyun günündə “Keşlə” səfərdə “Qəbələ”ni (4:0) məğlub edib. “Zirə” – “Sabah” matçında isə qalib müəyyənləşməyib – 1:1.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…