“Mançester Siti” futbol klubu “Norviç Siti” komandası ilə qarşılaşıb

15 Sentyabr 2019 12:31

Xəbər 567 dəfə oxunub

Futbol üzrə İngiltərə Premyer Liqasının beşinci turunda “Mançester Siti” səfərdə “Norviç Siti” komandası ilə qarşılaşıb.Azərtac xəbər verir ki, oyun meydan sahiblərinin xeyrinə başa çatıb – 3:2. Hesabı 18-ci dəqiqədə “Norviç Siti”nin yarımmüdafiəçisi Kenni Maklin açıb. Birinci hissənin ortalarında Todd Kantvel hesabı 2:0-a çatdırıb. 45-ci dəqiqədə qonaqların hücumçusu Serxio Aquero buraxılan toplardan birinin əvəzini çıxıb.İkinci hissənin əvvəlində meydan sahiblərinin hücumçusu Teemu Pukki rəqib qapısından daha bir top keçirib. 88-ci dəqiqədə “Mançester Siti”nin hücumçusu Rodriqe Ernandes hesab arasındakı fərqi azaldıb.Bu, şəhərlilərin cari mövsümdə ilk məğlubiyyətidir. Pep Qvardioalının komandası əvvəlki turlarda üç qələbə qazanıb, bir oyunu heç-heçə başa vurub.“Nyukasl” klubunu 3:1 hesabı ilə məğlub edən “Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanaraq turnir cədvəlinin birinci pilləsindəki yerini möhkəmləndirib. Sonrakı iki yeri 10 xalla “Mançester Siti” və 8 xalla “Tottenhem” klubları tutur.Bu gün keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

“Brayton” – “Börnli” – 1:1,

“Volverhemton” – “Çelsi” – 2:4,

“Mançester Yunayted” – “Lester Siti” – 1:0,

“Tottenhem” – “Kristal Palas” – 4:0,

“Şeffild Yunayted” – “Sothempton” – 0:1.xeber100.com