İngiltərə Premyer Liqasında növbəti turun oyunları keçirilib

16 Sentyabr 2019 10:00

Xəbər 532 dəfə oxunub

Sentyabrın 15-də futbol üzrə İngiltərə Premyer Liqasında beşinci turun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib. Günün ilk oyununda “Everton” səfərdə “Bournemouth” komamdasına 3:1 hesabı ilə məğlub olub. London təmsilçisi “Arsenal” isə hesabda iki top irəli olsada, “Votford” ardıcıl fərqlənərək heç-heçə ilə kifayyətlənib.Xatırladaq ki, sentyabrın 14-də İngiltərə Premyer Liqasının iki favoriti sayılan “Mançester Siti” və “Liverpul” görüşlərini keçirib. “Mançester Siti” səfərdə “Norviç Siti” komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin xeyrinə başa çatıb – 3:2. “Liverpul” isə səfərdə “Nyukasl” komandasını 3:1 hesabı ilə məğlub edib. “Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanaraq turnir cədvəlinin birinci pilləsindəki yerini möhkəmləndirib. Sonrakı iki yeri 10 xalla “Mançester Siti” və 8 xalla “Tottenhem” klubları tutur.Turun digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

“Brayton” – “Börnli” – 1:1,

“Volverhemton” – “Çelsi” – 2:5,

“Mançester Yunayted” – “Lester Siti” – 1:0,

“Tottenhem” – “Kristal Palas” – 4:0,

“Şeffild Yunayted” – “Sothempton” – 0:1.

Qeyd edək ki, tura sentyabrın 16-da “Aston Villa” – “Vest Ham” oyunu ilə yekun vurulacaq.xeber100.com