Futbol üzrə İtaliya A Seriyasının üçüncü turunda

16 Sentyabr 2019 10:05

Xəbər 570 dəfə oxunub

Sentyabrın 15-də futbol üzrə İtaliya A Seriyasının üçüncü turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun növbəti matçında “Milan” səfərdə “Verona”in qonağı olub.Görüş milanlıların minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 65-ci dəqiqədə Kşiştof Piatek olub. “Milan” ardıcıl ikinci qələbəsini qazanaraq xalların sayını 6-ya çatdırıb və turnir cədvəlində 6-cı yerə yüksəlib. “Verona” isə 4 xalla 10-cu yerdə qərarlaşıb.Son çempion “Yuventus” səfərdə “Fiorentino” klubu ilə qolsuz heç-heçə edib. “Napoli” isə öz meydanında “Sampdoriya”dan güclü olub – 2:0.Turun ən qollu oyunu paytaxt Rimdə qeydə alınıb. “Roma” – “Sassuolo” oyununda 6 qol vurulub. Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.Turun bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“İnter” – “Udineze” – 1:0,

“Genoa” – “Atalanta” – 1:2,

“Breşiya” – “Bolonya” – 3:4,

“Parma” – “Kalyari” – 1:3,

SPAL – “Latsio” – 2:1.

Qeyd edək ki, tura sentyabrın 16-da “Torini” – “Leççe” oyunu ilə yekun vurulacaq.xeber100.com