Yaponiyada reqbi üzrə dünya çempionatı başlayacaq

20 Sentyabr 2019 11:12

Xəbər 505 dəfə oxunub

Sentyabrın 20-də Yaponiyada reqbi üzrə dünya çempionatı başlayacaq.Azərtac xəbər verir ki, idmanın bu növü üzrə dünya çempionatı Asiyada ilk dəfə keçirilir. Noyabrın 2-dək davam edəcək çempionatda ümumilikdə 48 oyun keçiriləcək. On iki məkanda təşkil olunan çempionatda 20 komanda seçmə mərhələdə mübarizə aparacaq.İlk oyun sentyabrın 20-də Yaponiya ilə Rusiya yığmaları arasında keçiriləcək. Qarşılaşma yerli vaxtla saat 19:45-də dəqiqədə başlayacaq.Yaponiya yığması ilk dəfə olaraq ən güclü səkkiz komanda sırasına düşməyə can atacaq. Yeni Zelandiya komandası isə üçüncü dəfə dünya çempionu adını qazanaraq rekord vurmağa çalışacaq. Həvəskarlar bu komandanın şənbə günü Cənubi Afrika Respublikasının təmsilçiləri ilə ilk görüşünü səbirsizliklə gözləyirlər.xeber100.com