Azərbaycan Premyer Liqasının beşinci turunda

23 Sentyabr 2019 11:55

Xəbər 522 dəfə oxunub

Sentyabrın 23-də futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turuna “Zirə” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.Azərtac xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunda baş hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək.“Zirə” qalib gələcəyi təqdirdə xal ehtiyatını 10-a çatdıraraq üçüncü pilləyə yüksələcək. “Qarabağ” qələbə qazanarsa xallarını 15-ə çatdıraraq, ən yaxın izləyicisi “Səbail”i 5 xal geridə qoyacaq.İki komanda indiyədək 16 dəfə qarşılaşıb. “Zirə” heç bir görüşdə qalib gələ bilməyib. Oyunların 12-də ağdamlılar qalib gəliblər, dörd görüş isə heç-heçə başa çatıb. “Qarabağ” son üç qarşılaşmada qapısında qol görməyib. Ağdamlılar bu görüşlərdə 33 qol vurub, qapılarından cəmi 6 top buraxıblar.Qeyd edək ki, turun ilk üç görüşündə “Sumqayıt” komandası “Sabah”ı 1:0 hesabı ilə məğlub edib. “Səbail” – “Qəbələ” (1:1) və “Neftçi” – “Keşlə” (0:0) görüşlərində qalib müəyyənləşməyib.xeber100.com