İtaliya A Seriyasının beşinci turu çərçivəsində 7 qarşılaşma oynanılıb

26 Sentyabr 2019 13:22

Xəbər 417 dəfə oxunub

Sentyabrın 25-də İtaliya A Seriyasının beşinci turu çərçivəsində daha 7 qarşılaşma oynanılıb.Azərtac xəbər verir ki, turun mərkəzi görüşü paytaxt Romada keçirilib. Çempionluq uğrunda mübarizədə favoritlərdən sayilan “Roma” komandası daha bir iddialı komanda – “Atalanta” ilə qarşılaşıb. Görüşdə qonaqlar 2:0 hesabı ilə qalib gəliblər. Berqamo təmsilçisinin heyətində Duvan Sapata (71) və Marten De Roon (90) fərqləniblər.Günün gözlənilməz hesabı “San Paolo” stadionunda qeydə alınıb. Çempionluğa iddialı “Napoli” öz meydanında “Kalyari” klubuna uduzub – 0:1.Digər maraq doğuran görüş “Cüzeppe Meazza” stadionunda oynanılıb. Paytaxt təmsilçisi “Latsio” səfərdə cari mövsümdə dörd görüşün hamısında qalib gələn “İnter”in qonağı olub. Görüş “nerazduza”in minimal hesabla qələbəsi ilə başa çatıb – 1:0.Xatırladaq ki, turun açılış görüşü sentyabrın 24-də sonuncu çempion “Yuventus” və “Breşiya” komandaları arasında oynanılıb. Matç “Yuventus”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Fiorentino” – “Sampdoriya” – 2:1,

“Genoa” – “Bolonya” – 0:0,

“Parma” – “Sassuolo” – 0:0,

“Verona” “Udineze” – 0:0,

SPAL – “Leççe” – 1:2.

Tura sentyabrın 26-da keçiriləcək “Torino” – “Milan” oyunu ilə yekun vurulacaq.xeber100.com