Budapeştə sumo üzrə Avropa birinciliyinə yekun vurulub

30 Sentyabr 2019 13:36

Xəbər 548 dəfə oxunub

Macarıstanın paytaxtı Budapeştə sumo üzrə Avropa birinciliyinə yekun vurulub.Azərtac xəbər verir ki, yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Nahid Vəliyev birinci görüşündə estoniyalı idmançıya qalib gəlib. Macarıstan idmançısını məğlubiyyətə uğradan sumoçumuz yarımfinalda Ukrayna idmançısına uduzub. N.Vəliyev bürünc medal uğrunda mübarizədə polşalı idmançını üstələyərək üçüncü olub. Bu çəkidə yarışan digər idmançımız Məhərrəm Eyvazov Rusiya, Macarıstan və Polşa təmsilçilərini udaraq finala yüksəlib. Finalda ukraynalı rəqibinə məğlub olan M.Eyvazov gümüş medalla kifayətlənib.Qitə birinciliyində Azərbaycanı Məhərrəm Eyvazov, Nahid Vəliyev, Əli Süleymanov, Hüseyn Hüseynov, Elcan Tarverdiyev və Ağamalı Abdulov təmsil ediblər.Komandamız yarışlarda Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparıb.Qeyd edək ki, yarışlarda hakim Rəsul Həsənov ədaləti qoruyub.xeber100.com