Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin finalında

2 Oktyabr 2019 10:33

Xəbər 478 dəfə oxunub

Oktyabrın 2-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin finalında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilə çinli Liren Dinq arasında üçüncü partiya oynanılacaq.Azərtac xəbər verir ki, birinci görüşdə heç-heçə edən şahmatçımız ikinci partiyada qara fiqurlarla oyunda məğlub olub.Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb. O, finala vəsiqə ilə yanaşı, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.Xatırladaq ki, sentyabrın 10-da başlayan dünya kuboku turnirinə Azərbaycanın beş şahmatçısı mübarizəyə qoşulub. Turnirdə Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar. Ş.Məmmədyarov səkkizdəbir finalda T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.Turnirin mükafat fondu 1,6 milyon dollardır.xeber100.com