Oktyabrın 3-də Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku turnirinin finalında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilə çinli Liren Dinq arasında dördüncü partiya oynanılacaq. Bu partiyada qalib müəyyənləşməsə oktyabrın 4-də tay-breyk qarşılaşması keçiriləcək.Azərtac xəbər verir ki, bu mərhələnin ilk görüşündə heç-heçə edən, lakin ikinci partiyada qara fiqurlarla oyunda məğlub olan şahmatçımız üçüncü qarşılaşmada rəqibini 45-ci gedişdə məğlub edib. O, bu qələbə sayəsində rəqibi ilə hesabı bərabərləşdirib.Qeyd edək ki, Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb. O, finala vəsiqə ilə yanaşı, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.Xatırladaq ki, sentyabrın 10-da başlayan dünya kuboku turnirində Azərbaycanın beş şahmatçısı mübarizəyə qoşulub.Turnirdə Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar.Ş.Məmmədyarov səkkizdəbir finalda T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.Turnirin mükafat fondu 1,6 milyon dollardır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…