Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı ilə…

5 Oktyabr 2019 20:50

Xəbər 503 dəfə oxunub

Oktyabrın 6-da Avropa Oyunları Parkında həvəskarlar arasında “Baku Triathlon 2019” turniri keçiriləcək.Azərtac xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarış sprint məsafəsi üzrə baş tutacaq.İştirakçılar 0,5 kilometr üzgüçülük, sonra velosipedlə 20 kilometr qət etmə və 5 kilometr qaçışla məsafəni tamamlayacaqlar.Müxtəlif yaş kateqoriyasında keçiriləcək turnirdə komanda estafetində də qaliblər müəyyənləşəcək.xeber100.com