Azərbaycan Premyer Liqasında 8-ci turun daha bir oyunu keçirilib

6 Oktyabr 2019 19:58

Xəbər 445 dəfə oxunub

Oktyabrın 6-da Azərbaycan Premyer Liqasında 8-ci turun daha bir oyunu keçirilib.Azərtac xəbər verir ki, bu dəfə “Zirə” komandası eyniadlı stadionda “Qəbələ”ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.Hər iki qol ikinci hissədə vurulub. Qarşılaşmanın 64-cü dəqiqəsində Ülvi İsgəndərov “Qəbələ”ni hesabda irəli çıxarıb. Bundan cəmi üç dəqiqə sonra İlkin Muradov tarazlığı təmin edib.Bu nəticədən sonra xallarını 8-ə çatdıran “Zirə” 5-ci pillədə qalıb. “Qəbələ” isə 5 xalla 7-ci pilləyə yüksəlib.xeber100.com