Cüdo federasiyasının məlumatı əsasında…

14 Oktyabr 2019 08:55

Xəbər 493 dəfə oxunub

Oktyabrın 12-13-də Estoniyanın paytaxtı Tallində cüdo üzrə Avropa açıq kuboku yarışı keçirilib.Azərtac xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Aleksandra-Larisa Florian mükafatçılar sırasında yer alıb. Qadınlar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan millimizin rumın legioneri yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya uduzaraq 3-cü yeri tutub. Florian bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi Nora Bannenberqə qalib gəlib.Qeyd edək ki, Tokio Olimpiadasına lisenziya xalları verən Tallin turnirində 35 ölkədən 292 cüdoçu yarışıb.xeber100.com