“Barselona” klubunun yarımmüdafiəçisi yeni müqavilə imzalayacaq

15 Oktyabr 2019 11:12

Xəbər 431 dəfə oxunub

İspaniyanın “Barselona” futbol klubu yarımmüdafiəçisi Ansu Fati ilə yeni uzunmüddətli müqavilə imzalaya bilər.Azərtac İspaniya mətbuatına istinadla xəbər verir ki, 16 yaşlı qvineya-bissaulu futbolçu cari mövsümdə Kataloniya klubunun əsas heyətində oynayacaq.Ansu Fati cari mövsümdə Barselona təmsilçisinin heyətində keçirdiyi 6 oyunda 2 dəfə fərqlənib və bir məhsuldar ötürmə edib.Qeyd edək ki, mövsümün əvvəlində “Barselona”nın hücumçularının zədələndiyi səbəbindən A.Fati yeniyetmələrdən ibarət komandadan əsas heyətə cəlb olunub. Futbolçu, həmçinin ötən günlərdə İspaniya vətəndaşlığını qəbul edərək milli komandaya dəvət olunub.xeber100.com