Cüdo üzrə dünya çempionatına start verilib

16 Oktyabr 2019 11:42

Xəbər 530 dəfə oxunub

Oktyabrın 16-da Mərakeşdə gənclər arasında cüdo üzrə dünya çempionatına start verilib. Yarışın birinci günündə 5 cüdoçumuz mübarizəyə qoşulub.Azərtac xəbər verir ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində Rövşən Əliyev Hakberdi Jumayev (Türkmənistan)-Ervand Nersesyan (Ermənistan), Əhməd Yusifov Jaheo Jin (Koreya Respublikası)-Anass Elalamı Elıdrıssı (Mərakeş) cütünün qalibləri ilə qarşılaşacaqlar. İbrahim Əliyev ABŞ təmsilçisi Riçard Marin, Davud Abbaslı (hər ikisi 66 kq) ermənistanlı Arsen Avedisyan ilə qüvvələrini sınayacaqlar. Qadınların yarışında isə Gültac Məmmədəliyeva (52 kq) italiyalı Federika Silveri ilə mübarizə aparacaq.Dünya çempionatında Azərbaycanı 9 kişi və 2 qadın olmaqla ümumilikdə 11 cüdoçu təmsil edir.Yarışda 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır. Dünya çempionatı oktyabrın 19-dək davam edəcək.xeber100.com