Çinin Uxan şəhərində keçirilən Hərbçilərin 7-ci Dünya Oyunlarının cüdo yarışları davam edir.Azərtac xəbər verir ki, oktyabrın 20-də 90 kiloqramadək kişilərin yarışında mübarizə aparan hərbçi idmançımız Məmmədəli Mehdiyev ilk turda Bəhreyn idmançısı Cəmşid Qələndərovu məğlub edib. Növbəti mərhələdə ispaniyalı Kulebras Tallon Serxioya, 1/4 final mərhələsində isə polşalı Kuzera Pyotra ipponla qalib gələrək yarımfinalda yarışmaq hüququ qazanıb.Cüdo yarışlarındakı digər təmsilçilərimizdən Hidayət Heydərov (-81kq) 1/32 final mərhələsində rusiyalı Alan Xubestova qalib gəlsə də, 1/16 final mərhələsində Cənubi Koreya idmançısı Li Sunq Hoya məğlub olub. Hidayət Heydərov təsəlliverici yarışların ilk turunda serbiyalı Milos Simonoviçə, ikinci turda isə polşalı Damyan Şvarnoveykiyə ipponla qalib gəlib. Hidayət 3-cü yer uğrunda təsəlliverici görüşlərini davam etdirir.Digər təmsilçimiz Elmar Qasımov (-100kq) ilk görüşündə Çili idmançısı Oskar Alarkona ipponla qalib gəlib. Lakin 1/4 final mərhələsində fransız Olivar Sedrikə məğlub olaraq, təsəlliverici görüşlərdə mübarizəni davam etdirəcək.Hərbçilərin 7-ci Dünya Oyunlarının boks yarışındakı təmsilçimiz Sərxan Əliyev (60-64 kq) ilk görüşündə Şri-Lanka idmançısı Racakaruna Bandaraya 5:0 hesabı ilə qalib gəlib. Sərxan Əliyev növbəti görüşünü oktyabrın 21-də braziliyalı Olivyera Vandersona qarşı keçirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…