“FIDE Grand Swiss 2019” turnirinin 10-cu turunun oyunları başa çatıb

21 Oktyabr 2019 09:15

Xəbər 569 dəfə oxunub

Böyük Britaniyanın Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin 10-cu turunun oyunları başa çatıb.Azərtac xəbər verir ki, şahmatçımız Vasif Durarbəyli Svaminathan Soumyanı (Hindistan) məğlub edib. Nicat Abbasov Boris Gelfand, Eltac Səfərli Tamir Nabaty (hər ikisi israilli) ilə heç-heçə ediblər. Rauf Məmmədov polşalı Radoslav Vojtaszekə məğlub olub.On turdan sonra N. Abbasovun 6 xalı var. Komandamızın digər üzvləri hərəyə 5 xal qazanıblar.xeber100.com