Oktyabrın 20-də İngiltərə Premyer Liqasının 9-cu turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Mançester Yunayted” öz meydanında turnir cədvəlinin lideri “Liverpul” klubunu qəbul edib.Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.Oyunda hesabı 36-ci dəqiqədə Mançester təmsilçisi Markus Reşford açıb. Fasilədən sonra qonaqlar hesaba tarazlıq gətirib. Adam Lallana fərqlənib.“Liverpul” cari mövsüm ilk dəfədir xal itkisi ilə üzləşir. Mersessayd təmsilçisi 8 turun hamısında qələbə qazanaraq turnir cədvəlində 25 xalla liderdir. “Mançester Yunayted” isə 10 xalla 13-cü yerdədir.Xatırladaq ki, “Liverpul”un çempionluq uğrunda əzəli rəqibi “Mançester Siti” oktyabrın 19-da səfərdə “Kristal Palas” klubu ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mançester təmsilçisinin heyətində Qabriel Jesus və David Silva fərqləniblər.“Şəhərlilər” bu qələbə sayəsində xallarının sayını 19-a çatdıraraq ikinci pillədəkı yerin qoruyub saxlayıb.Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“Everton” – “Vest Ham” – 2:0;
“Bormunt” – “Norviç Siti” – 0:0;
“Aston Villa” – “Brayton” – 2:1;
“Çelsi” – “Nyukasl” – 1:0;
“Lester Siti” – “Börnli” – 2:1;
“Tottenhem” – “Vatford” – 1:1;
“Volverhemton” – “Southemton – 1:1.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…