“Qızıl top” mükafatına namizədlərin adları açıqlanıb

22 Oktyabr 2019 10:12

Xəbər 925 dəfə oxunub

Oktyabrın 22-də FIFA və “France Football” jurnalı ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.Azətac xəbər verir ki, namizədlər siyahısında aşağıdakı 30 futbolçunun adı yer alıb: Sadio Mane (“Liverpul”, Seneqal), Serxio Aquero (“Mançester Siti”, Argentina), Frenki de Yonq (“Ayaks”/”Barselona”, Niderland), Uqo Loris (“Tottenhem Hotspur”, Fransa), Duşan Tadiç (“Ayaks”, Serbiya), Kilian Mbappe (“Pari Sen-Jermen”, Fransa), Trent Aleksander-Arnold (“Liverpul”, İngiltərə), Donni van de Bek (“Ayaks”, Niderland), Per-Emerik Obameyanq (“Arsenal”, Qabon), Mark-Andre ter Şteqen (“Barselona”, Almaniya), Kriştiano Ronaldo (“Yuventus”, Portuqaliya), Alison Beker (“Liverpul”, Braziliya), Mateys de Liqt (“Ayaks”/”Yuventus”, Niderland), Kerim Benzema (“Real”, Fransa), Jorjino Veynaldum (“Liverpul”, Niderland), Virdjil van Deyk (“Liverpul”, Niderland), Bernardu Silva (“Mançester Siti”, Portuqaliya), Son Hın Min (“Tottenhem Hotspur”, Cənubi Koreya), Roberto Firmino (“Liverpul”, Braziliya), Robert Levandovski (“Bavariya”, Polşa), Lionel Messi (“Barselona”, Argentina), Riyad Marez (“Mançester Siti”, Əlcəzair), Kevinde Bryoyn (“Mançester Siti”, Belçika), Kalidu Kulibali (“Napoli”, Seneqal), Antuan Qrizmann (“Atletiko”/”Barselona”, Fransa), Məhəmməd Salah (“Liverpul”, Misir), Eden Azar (“Çelsi”/”Real”, Belçika), Markinos (“Pari Sen-Jermen”, Braziliya), Joau Feliş (“Benfika”/”Atletiko”, Portuqaliya), Rahim Sterlinq (“Mançester Siti”, İngiltərə).”France Football”un versiyasına görə, dünyanın ən yaxşı futbolçusu adı dekabrın 2-də Parisdəki “Şatle” teatrında elan ediləcək. Mükafatların təqdimatı təntənəli mərasimlərin aparıcılarından biri “Çelsi”nin keçmiş hücumçusu Didye Droqba olacaq.Xatırladaq ki, keçən il “Qızıl top”u “Real”ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç qazanıb.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02