Oktyabrın 22-də UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turuna start verilib.Azərtac xəbər verir ki, turun ilk oyun günündə A, B, C və D qruplarında, ümumilikdə, 8 qarşılaşma oynanılıb.Qitənin ən nüfuzlu klub turnirində Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” doğma azarkeşlər önündə İspaniyanın “Real Madrid” klubunu qəbul edib.Görüş madridlilərin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 18-ci dəqiqədə Toni Kros olub.A qrupunda mübarizə aparan “Cim-bom” bu nəticədən sonra 1 xalla sonuncu yerdə qərarlaşıb. “Real Madrid” isə 4 xalla ikinci yerdədir.Bu qrupun digər matçı Belçikada oynanılıb. Fransanın PSJ klubu səfərdə “Brügge”nin qonağı olub. Görüş fransızların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 0:5.Üç oyunun hamısında meydanı qələbə ilə tərk edək PSJ qrupda liderliyini davam etdirir. İki xalı olan “Brügge” üçüncü yerdədir.Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“A” qrupu:
“Qalatasaray” (Türkiyə) – “Real Madrid” (İspaniya) – 0:1;
“Brügge” (Belçika) – PSJ (Fransa) – 0:5.
“B” qrupu:
“Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya) – 2:3;
“Tottenhem” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) – 5:0.
“C” qrupu:
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:2;
“Mançester Siti” (İngiltərə) – “Atalanta” (İtaliya) – 5:1.
“D” qrupu:
“Atletiko” (Madrid, İspaniya) – “Bayer” (Leverkuzen, Almaniya) – 1:0;
“Yuventus” (İtaliya) – “Lokomotiv” (Moskva, Rusiya) – 2:1.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…