Futbol üzrə Türkiyə Superliqasının IX turu çərçivəsində

27 Oktyabr 2019 20:26

Xəbər 468 dəfə oxunub

Oktyabrın 26-da futbol üzrə Türkiyə Superliqasının IX turu çərçivəsində keçirilən matçda “Fənərbağça” doğma meydanda “Konyaspor”u qəbul edib.Azərtac xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda baş tutan görüş maraqlı hücumlarla yadda qalıb. Görüşdə hesabı 11-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Qarri Rodriges açıb. Cəmi 3 dəqiqə sonra istanbulluların futbolçusu Matias Jorgensen hesab arasındakı fərqi artırıb. Qarşılaşmanın 16-cı dəqiqəsində Sərdar Əziz topu səhvən öz qapısına vurub. Lakin meydan sahiblərinin yarımmüdafiəçisi Ozan Tufan 28-ci dəqiqədə bir daha fərqlənərək aktivlərindəki qolların sayını 3-ə çatdırıblar. Birinci hissə elə bu hesabla başa çatıb – 3:1. İkinci hissənin 78-ci və 82-ci dəqiqələrində İstanbul təmsilçisi fərqlənib. Qolları Luis Qustavo və Vedat Muruqi vurub.Beləliklə, “Fənərbağça” doğma meydanda “Konyaspor”u 5:1 hesabı ilə məğlub edib.Bu oyundan sonra “Fənərbağça” turnir cədvəlində 17 xalla ikinci pillədə qərarlaşıb.Günün digər oyunlarında “Sivasspor” doğma meydanda “Antalyaspor”u 2:1 hesabı ilə məğlub edib. Lider “Alanyaspor” isə səfərdə “Qaziantep”lə heç-heçə edib: 1:1.Turun digər oyunları oktyabrın 27-də və 28-də keçiriləcək.xeber100.com