Oktyabrın 28-də futbol üzrə Türkiyə Superliqasında IX turunun son oyununda “Başakşəhər” doğma meydanda “Trabzonspor”u qəbul edib.Azərtac xəbər verir ki, “Fateh Terim” stadionunda keçirilən görüş maraqlı hücumlarla yadda qalıb. Görüşdə hesabı 61-ci dəqiqədə qonaqların hücumçusu Daniel Sturridge onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək açıb. Lakin cəmi 6 dəqiqə sonra meydan sahiblərinin hücumçusu Edin Viskada təyin olunan onbirmetrlik cərimə zərbəsinin öhdəsindən məharətlə gəlib. Oyunun 79-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Martin Skrtel komandasını hesabda önə keçirib. Trabzon klubu isə 95-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub. Aleksander Sorlot komandasını məğlubiyyətdən xilas edib.Beləliklə, “Başakşəhər” və “Trabzonspor” görüşündə qalib müəyyənləşməyib – 2:2.Bu oyundan sonra turnir cədvəlində “Alanyaspor” 18 xalla vahid liderdir. “Fənərbağça” isə 17 xalla ikinci, “Yeni Malatyaspor” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…