“Grand Chess Tour 2019” seriya turnirinin blits yarışına start veriləcək

9 Noyabr 2019 17:21

Xəbər 464 dəfə oxunub

Noyabrın 9-da Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin blits yarışına start veriləcək.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirin ilk 9 turunda mübarizə aparacaq.Qeyd edək ki, “Grand Chess Tour 2019” seriyası çərçivəsində rapid yarışı artıq başa çatıb. Yekun nəticəyə görə, Ş.Məmmədyarov 10 xalla ikinci-dördüncü yerləri bölüşür. Ukraynalı şahmatçı Anton Korobov 12 xalla birinci pillədə qərarlaşıb.Blits turniri 18 turdan ibarət olacaq. Şahmatçılar noyabrın 10-da daha 9 turda qüvvələrini sınayacaqlar. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.Xatırladaq ki, “Grand Chess Tour 2019” turnirinin əvvəlki mərhələləri Abican, Zaqreb, Paris və Sent-Luis şəhərlərində keçirilib. Yarışın növbəti mərhələsi Kəlkətə şəhərində təşkil ediləcək. Final seriyasının matçları isə noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək.xeber100.com