İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib

10 Noyabr 2019 20:42

Xəbər 554 dəfə oxunub

Noyabrın 10-da futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, iki əzəli rəqib “Liverpul” və “Mançester Siti” komandaları üz-üzə gəliblər.Gərgin və hüçumlarla bol olan görüşdə meydan sahibləri – “Liverpul” 3:1 hesabı ilə qalib gəlib.Oyunda hesabı 6-cı dəqiqədə erkən qolla “Liverpul” açıb. Qurulan əks hüçumu Fabinyo uzaq məsafədən dəqiq zərbə ilə tamamlayıb – 1:0. Qoldan 11 dəqiqə sonra “Liverpul” hesab arasındakı fərqi iki topa çatdırıb. Endi Robertsonun cinah ötürməsindən sonra Məhəmməd Salah başla bir başa uzaq küncü nişan alaraq komandasının ikinci qolunu vurub – 2:0.Fasiləyə komandalar “Liverpul”un 2:0 hesablı üstünlüyü ilə yollanıb.Qarşılaşmanın ikinci hissəsində Mersessayd təmsilçisi yenidən qol vurmağa nail olub. Bu dəfə də qol cinah ötürməsindən sonra vurulub. “Liverpul”un seneqallı hücumçusu Sadio Manenin baş zərbəsi dəqiq olub – 3:0. Bu qoldan sonra təsəlli qol vurmağa irəli atılan “şəhərli”lər fərqlənməyə bacarıb. Matçın 78-ci dəqiqəsində Bernardo Silva adını tabloya yazdırıb – 3:1.Görüş bu hesabla başa çatıb.Vacib qələbə qazanan “Liverpul” xalların sayını 34-ə çatdıraraq turnir cədvəlində “Çelsi” və “Lester Siti”dən 8, “Mançester Siti”dən isə 9 xal irəli keçib.On ikinci turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Norviç Siti” – “Vatford” – 0:2;

“Çelsi” – “Kristal Palas” – 2:0;

“Börnli” – “Vest Ham” – 3:0;

“Nyukasl Yunayted” – “Bormunt” – 2:1;

“Southempton” – “Everton” – 1:2;

“Lester Siti” – “Arsenal” – 2:0;

“Mançester Yunayted” – “Brayton” – 3:1;

“Volverhemton” – “Aston Villa” – 2:1.xeber100.com