Bu gün Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin blits yarışının ikinci dairəsinin oyunları keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirin 9 turunda mübarizə aparacaq. Bununla da “Grand Chess Tour 2019” seriyası çərçivəsində blits yarışları başa çatacaq.Qeyd edək ki, “Grand Chess Tour 2019” seriyası çərçivəsində artıq rapid yarışı başa çatıb. Ş.Məmmədyarov rapid və blits turnirlərinin yekununa görə 13,5 xalla 6-cı pillədədir. Birinci yerdə 12 xalla ukraynalı şahmatçı Anton Korobov qərarlaşıb.Xatırladaq ki, “Grand Chess Tour 2019” turnirinin bundan əvvəlki mərhələləri Abican, Zaqreb, Paris və Sent-Luisdə təşkil edilib. Növbəti mərhələ Kəlkətə şəhərində baş tutacaq. Londonda isə final seriyanın matçları təşkil ediləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…