2019-2020-ci il mövsümünün püşkatma mərasimi keçirilib

13 Noyabr 2019 14:07

Xəbər 559 dəfə oxunub

Noyabrın 13-də AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan kuboku uğrunda turnirin 2019-2020-ci il mövsümünün püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, püşk 18 komanda arasında atılıb. İlkin mərhələdə keçiriləcək “Zaqatala”-“Qaradağ Lökbatan” və “Kəpəz”-“Ağsu” qarşılaşmalarının qalibləri Azərbaycan kubokunun səkkizdəbir final mərhələsinə yüksələcəklər. Premyer Liqada çıxış edən klublar isə mübarizəyə birbaşa səkkizdəbir final mərhələsindən başlayacaqlar.Püşkün nəticəsinə görə, “Sabah” – “Ağsu” duelinin qalibi “Qəbələ”, “Zirə” – “Qaradağ Lökbatan” qarşılaşmasında üstün tərəf isə “Səbail” komandası ilə üz-üzə gələcəklər. Bundan başqa, “Sumqayıt” – “Zaqatala” görüşündə qələbə qazanan tərəf “Neftçi” komandasının rəqibi olacaq. “Keşlə” – “Kəpəz” qarşılaşmasının qalibi isə “Qarabağ” klubu ilə görüşəcək.Turnirin birinci mərhələsinin oyunlarının təqvimi yaxın günlərdə açıqlanacaq.xeber100.com