Azərbaycan Cüdo Federasiyasının (ACF) gənc hakimlərinə dərəcə kitabçaları verilib.Azərtac xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) 7 hakimə birinci dərəcəli hakim kitabçaları təqdim olunub.Tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov çıxış edərək Azərbaycanda idman sahəsində uğurla həyata keçirilən dövlət siyasətindən, əldə olunan nailiyyətlərdən və cüdo idman növünün inkişafından danışıb.Bildirib ki, BŞGİBİ ilə ACF-nin müştərək təşkil etdiyi müxtəlif yaş qrupları arasında paytaxt birinciliklərində, Həzi Aslanovun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə iştirakçıların sayının ildən-ilə artması cüdo idman növünə ölkəmizdə böyük marağın olmasından xəbər verir.Daha sonra ACF-nin baş katibi Elmar Babanlı və Hakimlər Komitəsinin sədri Mətin Rəhimli çıxış edərək respublika və beynəlxalq miqyaslı cüdo yarışları zamanı təşkilati və mənəvi dəstəyə görə baş idarəyə təşəkkürlərini bildiriblər. Çıxış edənlər gənc hakimlərə gələcək karyeralarında uğurlar arzulayıblar və gələcəkdə onların arasından ölkəmizi Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında təmsil edəcək istedadlı referilərin yetişəcəyinə inandıqlarını bildiriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…